Azərbaycandan keçəcək beynəlxalq avtoyürüş mayın 6-da start götürəcək

Marşrutu Azərbaycan şəhərlərindən keçəcək “Qələbənin Yolları ilə” beynəlxalq avtoyürüş mayın 6-da Sankt-Peterburqda start götürəcək. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə 6 may-15 iyun tarixləri arasında keçiriləcək avtomobil yürüşü artıq üçüncü dəfə baş tutacaq. Avtomobil karvanı Rusiyanın 20 şəhəri və Azərbaycanın bir sıra şəhərlərindən keçəcək.
Aralarında ictimai birliklərin, hakimiyyət nümayəndələrin, bloqerlərin və avtomobil istehsalçılarının olduğu 100-dən çox iştirakçı 40 gün ərzində 4 min kilometr yol qət edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO