Azərbaycanda yüksək səviyyədə milli tolerantlıq mövcuddur – Rusiya səfiri

“Azərbaycan – yüksək səviyyəli milli tolerantlıq ölkəsidir, burada hökumətin hər sahədə göstərdiyi dəstəyi sayəsində insanlar tam bərabər şəkildə yaşayırlar”. Bu barədə cümə günü Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycandakı Rus icmasının III qurultayında deyib. “Biz şadıq ki, Rus icmasının qurultayı Azərbaycan hökuməti tərəfdən bu cür diqqət və qayğı ilə keçirildi. Həmyerlilərin dəstəyi mənim hökumətimin siyasətinin xətti əsasındadır”, – Doroxin deyib.

Onun sözlərinə görə, Rusiya digər dövlətlərdə, o cümlədən Azərbaycanda olan həmyerliləri ilə mədəni və tarixi əlaqələrə dəstək verməyə davam edəcək. “Rusların yaxşı yaşaması üçün Azərbaycandakı Rus icması çox işlər görür və bu işlər icmanın rəhbəri Mixail Zabelinin adı ilə bağlıdır”, – Doroxin deyib.

Tədbirdə Azərbaycanın Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan dövlətinin başçısı İlham Əliyevin salamlarını iştirakçılara çatdırıb. “Azərbaycan – yüksək səviyyədə milli və dini tolerantlıq mövcud olan bir ölkədir və buna görə rus xalqının burada yaşaması asandır”, – Prezidentin Azərbaycandakı Rus icmasının III qurultayının iştiakçılarına ünvanlanan məktubunda deyilir.

Məktubda dövlət başçısı qeyd edib ki, rus xalqı Azərbaycanda qədimdən yaşayır və ölkə həyatında baş verən hadisələrdə fəal iştirak edir. Prezidentin müraciətində, Dağlıq Qarabağda Azərbaycanın süverenliyini qoruyarkən həlak olmuş dörd rus qəhrəmanının adı çəkilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO