Azərbaycanda yeni internet televiziyası yaradıldı

Trend xəbər verir ki, tərbirdə “Kaspi” təhsil mərkəzinin rəhbərliyi, millət vəkilləri, Təhsil, Gənlər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, universitetlərin rektorları, Bakıda yerləşən bir neçə orta məktəbin direktorları iştirak edib.

Tədbirdə qeyd olunub ki, Oxu.tv milli təhsil layihəsidir. Bu layihə “of line” internet televiziyası formatında qurulmuş çoxşaxəli və genişprofilli təhsil portalıdır. Oxu.tv “Kaspi” təhsil mərkəzinin yaxından dəstəyi ilə qurulub.

Layihənin yaradılmasında təhsil sahəsində tanınmış mütəxəssislər və pedaqoji kadrlar, eləcə də peşəkar televiziya əməkdaşları iştirak edib. Oxu.tv saytının əsas funksiyası yüksək keyfiyyətlə hazırlanmış videodərslərin geniş tamaşaçı auditoriyası üçün yayımlanmasıdır. Videodərslər Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində tədris olunan I-XI siniflər üzrə bütün fənləri əhatə edir. Dərslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədris planına əsasən hazırlanıb.

Tədbirdə qeyd olunub ki, layihənin məqsədi Azərbaycanda orta təhsil bazasının möhkəmləndirilməsi, ölkənin bütün məktəblilərinin yüksək səviyyəli dərslər almaq imkanlarını genişləndirmək, müəllimlərin və xüsusilə də gənc pedaqoji kadrların alternativ dərsləri görmək və bu sahədə təcrübə toplamaq imkanlarını yaratmaqdır.

Oxu.tv həm də gənc nəslin asudə vaxtının mənalı təşkil olunmasına xüsusi diqqət ayıracaq. Şagirdlər arasında musiqinin, incəsənətin, idmanın təbliği də bizim prioritet saydığımız məsələlərdəndir. Oxu.tv öz fəaliyyətini təhsil, gənclər və idman nazirlikləri, müxtəlif dövlət qurumları, uşaq, gənclər və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq şəklində quracaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO