Azərbaycanda yeni bələdiyyə yaradıldı


Azərbaycanda yeni bələdiyyə yaradıldı.
Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında “Pirallahı rayonu ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin sözlərinə görə, layihədə qeyd olunub ki, Pirallahı rayonunun Pirallahı qəsəbəsi Gürgən-Pirallahı bələdiyyəsinin əhatə etdiyi ərazi vahidləri tərkibindən ayrılaraq həmin qəsəbəni əhatə edən Pirallahı bələdiyyəsi yaradılıb.
Rəhimzadə Pirallahı rayonunun yaradılması ilə bağlı təsdiq olunan sənədləri xatırladaraq bildirib ki, yeni yaranan müstəqil Pirallahı bələdiyyəsi yeni yaradılan rayonun həyatında mühüm rol oynayacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO