Azərbaycanda uşaqların müdafiəsi haqqında yeni qanun qəbul olunub


Azərbaycanda uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçəcək.
Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında 2-3-cü oxunuşda bununla bağlı “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun qəbul olunub.
Qanunda o da qeyd olunur ki, hər uşağın dispanserizasiyası üçün xərclərin norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Yeni qanunda nəzərdə tutulub ki, valideynlərini itirmiş, sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrində olan uşaqların dispanserizasiyası müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək.
Uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Maliyyələşdirmə qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maliyyələşmə ilə bağlı qanunda o da nəzərdə tutulur ki, dispanserizasiya tədbirləri bələdiyyə və icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər vəsaitlər hesabına həyata keçiriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO