Azərbaycanda sosial şura yaradılıb

Bu barədə cümə günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov “Sosial əməkdaşlıq: əməyin müdafiəsi, risklərin qiymətləndirilməsi və iş yerlərinin attestasiyası” mövzusunda nazirlikdə keçirilən konfransda bildirib.

Konfransın gedişində şuranın tərəfdaşları əməyin və sağlam əmək şəraitinin təhlükəsizliyinin təmin olunması üzrə Əmək Nazirliyi yanında Milli Sosial Şuranın yaradılması haqqında qərarı imzalayıblar. Həmçinin şuranın əsasnaməsi də təsdiqlənib.
“Əməyin təhlükəsizliyinin təmin olunması məsələsi qlobal problemdir və bu mənada Azərbaycan da istisna təşkil etmir. Ötən il 2011 nəfər istehsalatda zədə alıb, 97 ölüm halı qeydə alınıb. Bu, cəmiyyət üçün əlavə sosial problemlər yaradır”, – nazir deyib.
Onun sözlərinə görə, ölkədə yeni iş yerlərinin yaradılması [ötən il 100 minə yaxın iş yeri yaradılıb] bu riskləri artırır və ona görə də Azərbaycan üçün əməyin təhlükəsizliyinin təmin olunması vacibdir.

Bu problemin daha effektiv həlli üçün üçtərəfli sosial şuranın yaradılması haqqında qərar qəbul olunub. “Hələlik bu, yalnız ilk addımdır, lakin gələcəkdə şuraya ölkənin başqa nazirlikləri də daxil olacaq”, – Ələkbərov bildirib.

Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin sözlərinə görə, ötən il işçilərin hüquqlarının pozulması faktı üzrə 945 göstəriş təqdim olunub və istehsalatda təhlükəsizlik tələblərinin pozulmasına dair altı minə yaxın fakt qeydə alınıb.
O deyib ki, habelə ötən il ərzində bu göstəricinin ikiqat artması ilə yanaşı, 15 minə yaxın peşə xəstəlikləri faktı qeydə alınıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO