Azərbaycanda “Parlament müxalifət deputat qrupu” təsis olunub

Görüşdə VHP sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev və Ədalət Partiyasının sədri İlyas İsmayılov iştirak edib.

BQP sədri Fazil Mustafa açıqlamasında görüş barədə məlumatı təsdiqləyib. O, görüşdə parlament müxalifət qrupunun formalaşdırılması və işinin aktivləşdirilməsi ilə bağlı müzakirələr aparıldığını bildirib: “Müzakirələrdə parlamentdə müxalifətin rolunun artırılması, daha aktiv fəaliyyət göstərmək, islahatlarla bağlı sənədlərin birgə hazırlanaraq hakimiyyətə təqdim olunması istiqamətində müzakirələr aparıldı”.

Müzakirələrin yekunu olaraq “Parlament müxalifət deputat qrupu” təsis olunub.

F. Mustafa parlamentdə təmsil olunan bir sıra müxalifət partiyalarının təmsilçilərinə də yeni yaradılan təsisatda iştirak üçün müraciət ediləcəyini bildirib: “Qəbul edirlər, etsinlər, etməsələr, fəaliyyətimizi bu formatda davam etdirəcəyik”.

Müraciət Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadəyə və VHP sədrinin müavini Fəzail İbrahimliyə ediləcək. Ümid Partiyasının sədri İqbal Ağazadəyə isə analoji qayda müraciət olunmayacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO