Azərbaycanda məktəblilər üçün “qaynar xətt ” kampaniyası start götürüb

Bu barədə Azərbaycanda Uşaq Qaynar Xətt Xidmətinin direktoru Cəmilə Tağıyeva bildirib. “Qaynar xətt uşağın gələcək həyatına mənfi təsir edə biləcək həll olunmamış uşaq psixoloji problemlərinə yönəldilib. Lakin yeniyetmələrin əksəriyyəti bu xidmətin olması barədə məlumatlı deyillər”, – Tağıyeva deyib.
Onun sözlərinə görə, Bakının məktəblərində keçirilən kampaniyanın əsas məqsədi psixoloji problemlərlə qarşılaşan məktəblilərin diqqətinin kömək üçün qaynar xəttin mütəxəssislərinə müraciət etməyə cəlb edilməsidir.
Hazırda hər gün qaynar xətt nömrələrinə 2-5, ayda isə 50-80 zəng gəlir, Tağıyeva əlavə edib.
Qaynar xətt nömrələri: (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO