Azərbaycanda əmək pensiyasının baza hissəsi 20 faizədək artırılacaq

Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaxın bir neçə ay ərzində əmək pensiyalarının baza hissəsinin 15-20 faiz artırılması üçün zəruri maliyyə bazasını formalaşdıracaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə DSMF-nin sədri Səlim Müslümov deyib.
“Yaxın vaxtlarda maliyyə resursları formalaşdırılacaq, biz bunun hesabına pensiyaların baza hissəsinin artırılmasını həyata keçirə bilərik. Bu istiqamətdə işlər dövlət başçısının pensiya müavinətlərinin artırılmasına dair tapşırıqlarına uyğun aparılır”, – Müslümov bildirib.
Hazırda Azərbaycanda əmək pensiyasının baza hissəsi 85 manatdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO