Azərbaycanda itkin düşən 50 nəfərin taleyinə aydınlıq gətirilib

Azərbaycanda itkin düşən 50 nəfərin taleyinə aydınlıq gətirilib. “Azərbaycanın Əsir və İtkin düşmüş, Girov götürüımüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş 50 nəfərin adını artıq itkin düşmüşlərin siyahısından çıxarıb”, – məlumatı AzərTAc Dövlət Agentliyi verib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Həmin şəxslərdən 18 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 20 nəfərin hərbi əməliyyatlar zamanı həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 8 nəfərin təkrar siyahıdan keçdiyi və daha 4 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyən edilib. “Ümumilikdə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin sayı 4166 nəfər təşkil edir. Onlardan 3364-ü hərbçi, 795-i mülki şəxsdir. Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaqlar, 255-i qadın və 354 nəfəri yaşlı insanlardır”, – məlumatda qeyd edilir.

Dövlət Komissiyasına daxil olan materialların təhlili zamanı 552 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən olunub: “137 nəfərin yalnız adı məlumdur, 74 nəfər naməlum olaraq qalır”. “Komissiya tərəfindən bu günədək əsir və girovluqdan 1396 nəfər azad edilib ki, onlardan da 343 nəfəri qadın, 1053 nəfəri kişidir”, – komitədən bildirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO