Azərbaycanda hər kəsin dini etiqad azadlığı təmin olunur – Dövlət Komitəsinin sədri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bəyan edib ki, Azərbaycanda hər kəsin dini etiqad azadlığı təmin olunur. “Azərbaycan dövləti təriqətlərüstü siyasət yürüdür və ölkəmizdə heç bir dinə münasibətdə müstəsna hallara, ayrı-seçkiliyə yol verilmir”, – Trend News-un məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Debnat Şou ilə görüşündə deyib.

Ötən il Azərbaycanda 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə ölkədə fəaliyyət göstərən dini qurumların sayı 533-ə çatıb. 2008-ci ildə qeydiyyata alınan dini icmaların 101-i islam, biri isə qeyri-islam təmayüllü, Sumqayıt şəhərində fəaliyyət göstərən “Kübar” yəhudilər dini icmasıdır.

Azərbaycanda dövlət-din münasibətləri haqqında ətraflı məlumat verən Dövlət Komitəsinin sədri bildirib ki, dövlət ölkədə dini etiqad azadlığının təmin olunmasına və dini sabitlik üçün hərtərəfli qayğı göstərir. “Azərbaycan dövləti üçün bütün dinlər eynidir. Hər bir ölkə vətəndaşının dini etiqad azadlığı təmin olunur və bu, dövlət siyasətidir”, – Orucov vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO