Azərbaycanda həbsxanalarda pis rəftar və cəzasızlıqla mübarizə gücləndirilir

AŞ və Aİ-nın “Pis rəftar və cəzasızlıqla mübarizənin gücləndirilməsi” mövzusunda birgə Proqramı çərçivəsində tədbirlər davam etdirilir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmtindən Trend-ə verilən məlumata görə, Avropa Şurası və Avropa İttifaqının “Pis rəftar və cəzasızlıqla mübarizənin gücləndirilməsi” adlı birgə Proqramı çərçivəsində Penitensiar xidmət əməkdaşları üçün növbəti 2 günlük seminar-treninq keçirilir.
Seminarı giriş sözü ilə Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov açaraq, xidmətin son dövrlər ərzində beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Avropa Şurası, ATƏT, Avropa İttifaqı, Beynədxalq Qırmızı Xaç Komitəsi, BMT-nin müxtəlif komitələri, Almaniya Hüquq Əməkdaşlığı Fondu, Qlobal Fondla və digər beynəlxalq təşkilatlarla xidmətin əməkdaşlığı geniş vüsət alaraq müxtəlif sahələri əhatə edir.
Bu əməkdaşlıq əsasən cəzaların icrası ilə əlaqədar müxtəlif birgə layihələrin icrasından, beynəlxalq təşkilatlar tərəfindən penitensiar müəssisələrə başçəkmələrdən, beynəlxalq seminarlardan, Penitensiar xidmət əməkdaşlarının təcrübə mübadiləsi məqsədilə işgüzar səfərlərindən və eləcə də penitensiar sahədə Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədilə müxtəlif ölkələrin nümayəndələrinin işgüzar səfərlərindən ibarətdir. Avropa Şurası və Avropa İttifaqının “Pis rəftar və cəzasızlıqla mübarizənin gücləndirilməsi” adlı birgə Proqramı çərçivəsində keçirilmiş seminar-treninqlər bu tədbirlər arasında öz vacibliyinə görə xüsusi yer tutur.
Belə ki, Proqram çərçivəsində 14.06.2012-ci il tarixdə AŞ-nın təşkilatçılığı ilə Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərində keçirilən “Pis rəftar və cəzasızlıqla mübarizənin gücləndirilməsi” mövzusunda görüşdə və eləcə də 05-06 dekabr 2012-ci il tarixlərdə Bakı şəhərində “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının qanunu və pis rəftarla mübarizə” yə dair keçirilən Dəyirmi masada Penitensiar xidmətin məsul əməkdaşları yaxından iştirak ediblər. AŞ və Aİ-nın birgə Proqramı çərçivəsində bu mövzuda xüsusi təlim-seminarın Penitensiar xidmətin bilavasitə əməliyyat və rejim-nəzarət sahəsində çalışan əməkdaşları üçün keçirilməsi isə xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb, seminarda iştirak edən əməkdaşların təlim zamanı əldə etdikləri bilikləri gündəlik fəaliyyətlərində tətbiq etmələrinin zəruriliyi bildirilib.
Avropa Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Teymur Məlikaslanov keçirilən tədbirlər sayəsində bu qurumun Penitensiar xidmətlə əməkdaşlığının səmərəliliyinin artdığını bildirib.
Tədbirdə AŞ-nın Azərbaycan nümayəndəliyinin əməkdaşı Elvin Məmmədov, AŞ-nın ekspertləri cənab Erik Svanidze və cənab Vitali Kasko seminarın işində iştirak edirlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO