Azərbaycanda fəaliyyət göstərməyən KİV-lərin qeydiyyatı ləğv ediləcək

Azərbaycanda fəaliyyət göstərməyən kütləvi informasiya vasitələrinin (KİV) dövlət qeydiyyatının ləğv olunması üçün məhkəməkərə müraciət ediləcək. “Biz indi Ədliyyə Nazirliyində qeydiyyatdan keçən bütün kütləvi informasiya vasitələri ilə bağlı monitorinq aparırıq. Monitorinq nəticəsində son iki ildə fəaliyyət göstərməyən bütün kütləvi informasiya vasitələrinin qeydiyyatının ləğv olunması üçün müvafiq məhkəmələrə müraciət edəcəyik”, – cümə axşamı Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Hal-hazırda Azərbaycanda 3300-dən çox KİV qeydiyyatdan keçib. Hazırda onlardan 600-ə yahını fəaliyyət göstərir. Təxminən 400-ə qədər qəzet və jurnal dərc olunur, 20-dən çox telekanal fəfliyyət göstərir. Azərbaycanda 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi verir. Qalanları isə internet resurslarıdır.

Amaşovun sözlərinə görə, ilkin monitorinq zamanı qeydiyyatdan keçərək fəaliyyət göstərməyən KİV-lər arasında qəzetlərin üstünlük təşkil etdiyi məlum olub. “Biz monitorinqi qısa zamanda başa çatdırmaq niyyətindəyik. Düşünürəm ki, bu, həm də reketçiliyiə qarşı mübarizədə ciddi səmərə verəcək”, – şura sədri əlavə edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO