Azərbaycanda bələdiyyə seçkilərində 4 591 923 seçici səs verəcək

Azərbaycanda 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində 4 591 923 seçici səsvermədə iştirak edəcək. Bu barədə MSK-nın katibi Natiq Məmmədov Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında bildirib. Bugünkü iclasda hakim Yeni Azərbaycan Partiyasının üzvü Aydın Mirzəzadə məşvərətçi səs hüququ ilə üzv kimi təsdiq edilib.

MSK-nın sədri Məzahir Pənahov deyib ki, hazırda 32 086 namizəd imza vərəqələri alıb. Onlardan 27 053 nəfəri imza vərəqələrini və digər müvafiq sənədləri müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. 22 871 nəfər namizəd qismində qeydə alınıb.

İclasda Ümid Partiyasının nümayəndəsi Akif Qurbanov bəzi rayonlarda icraedici strukturların namizədlərin irəli sürülməsinə mane etməsi ilə bağlı narazılığını bildirib. “Bu faktlar Yardımlı, Lerik, Cəlilabad, Ağcabədi, Göygöl yaronlarında olub. Eyni vaxtda MSK namizədləri maneəsiz qeydə alır, icraedici orqanlar isə bir partiyadan bir çox namizədin irəli sürülməsi ilə bağlı narazılıqlarını bildirirlər”, – Qurbanov deyib.

Pənahovun sözlərinə görə faktlar araşdırılacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO