Azərbaycana şəffaf seçki qutuları və ultrabənövşəyi dedektorlar gətirilib

Prezident seçkisində istifadə olunacaq gözlə görünməyən mürəkkəb, əlavə şəffaf seçki qutuları və ultra-bənövşəyi dedektorlar (lampalar) Danimarkadan Azərbaycana gətirilib.

“Artıq seçki ləvazimatlarının Dairə və Məntəqə seçki komissiyalarına paylanmasına başlanılıb”. Bu barədə “Trend News” Mərkəzi Seçki Komissiyasının (MSK) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib. Azərbaycana ilk şəffaf seçki qutuları 2003-cü il prezident seçkisində gətirilib və tətbiq olunub. R.Qasımov qeyd edib ki, seçicilərin sayından asılı olaraq hər seçki məntəqəsinə 1, 2 və 3 gözlə görünməyən mürəkkəb balonu veriləcək. Onun sözlərinə görə, Azərbaycana şəffaf seçki qutuları və ultra-bənövşəyi dedektorlar 2005-ci ilin parlament seçkisi dövründə gətirilib: “Bu il gətirilənlər əlavədir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO