Azərbaycan yaxın vaxtlarda Avropa üçün qazın qiymətini müəyyənləşdirəcək


Avropada uzunmüddətli qaz alıcıları yaxın günlərdə Azərbaycan qazının qiyməti ilə bağlı təkliflərini “Şahdəniz” konsorsiumuna təqdim edəcəklər. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, aprelin sonunadək təqdim edilən təkliflərin qiymətləndirilməsi aparılacaq, 2013-cü ilin iyununda isə Avropaya qaz tədarükü üzrə boru kəməri marşrutlarının (TAP və ya “Nabucco West”) seçilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi planlaşdırılır.
“Trans Adriatic Pipeline” (TAP) layihəsi “Şahdəniz” konsorsiumuna Azərbaycan qazının nəqli üzrə genişləndirilmiş təkliflər paketini təqdim edib.
“Hazırda “Nabucco” konsorsiumu texniki xarakterli məsələləri həll edir və yaxın vaxtlarda “Nabucco West” layihəsinə dair yekun təklifini təqdim etməlidir”, – Abdullayev qeyd edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO