Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü olub


Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin təkbətək görüşü olub.

İkitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluğun ifadə edildiyi görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin qarşılıqlı münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Qeyd olundu ki, bu səfər əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından önəmlidir.

Görüşdə beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO