Azərbaycan və İran sərhədçiləri Lənkəranda görüşüblər

İranın Ərdəbil əyalətinin Germi Sərhəd Dəstəsinin komandiri Şahin İsməli bu gün Lənkəran Sərhəd Dəstəsinin komandirinin dəvəti ilə Azərbaycana səfər edib və sərhədçilər arasında görüş keçirilib. Bu barədə Trend İranın IRINN telekanalına istinadən məlumat verir.

Məlumata əsasən, görüş bu gün Lənkəran şəhərində baş tutub. Görüşdə tərəflər arasında sərhədlərin möhkəmləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi barədə müzakirələr aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO