“Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ icmaları arasında danışıqlar neytral ərazidə keçirilməlidir “

Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ icmaları arasında danışıqlar neytral ərazidə keçirilməlidir, Azərbaycan ziyalısı, Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli belə hesab edir. “Biz hesab edirik ki, icmalar arasında danışıqlar Dağlıq Qarabağda deyil, neytral ərazidə keçirilməlidir, bunu üçün isə Gürcüstan daha əlverişlidir”, – çərşənbə axşamı jurnalistlərə Bədəlbəyli bildirib.

Bu gün Bakıya səfəri çərçivəsində ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri Azərbaycanın Dağlıq Qarabağ icmasının başçısı Bayram Səfərov ilə görüşüblər.

Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyanın təşəbbüsü ilə 2007-ci il iyunun 28-də iki ölkənin ziyalı nümayəndələri Xankəndi, Yerevan və Bakıya səfər ediblər. Azərbaycan nümayəndə heyətinin tərkibinə Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Kamal Abdulla, Azər Paşa Nemətov və İlham Fətəliyev daxil olub. Azərbaycan ziyalılarının Dağlıq Qarabağa ikinci səfəri bu ilin yayında baş tutub.

“Əvvəlcə həmsədrlər bizim torpaqlarımıza qayıtmaq istəyimiz ilə maraqlanmırdılar, indi isə bu məsələnin qaldırılması bizi şad edir. Biz öz torpaqlarımızda yaşamaq istərdik, lakin bizə təhlükəsizliklə bağlı zəmanət lazımdır”, – Şuşada doğulmuş Bədəlbəyli bildirib.

“Biz Azərbaycanın Dağlıq Qarabağ icması ilə görüşdən şad olduq. Onların erməni icması ilə birgə yaşamağa hazır olmasını bildirməsi çox vacibdir”, – Azərbaycan icmasının nümayəndələri ilə görüşdən sonra fransalı həmsər Bernar Fasye bildirib.

Trend News

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO