Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərləri Elmar Məmmədyarovun, Əhməd Davudoğlunun və Mayya Pancikidzenin növbəti üçtərəfli görüşü martın 28-də Batumidə keçiriləcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı keçirilən brifinqdə deyib.
“Bu görüşün keçirilməsi ilə bağlı təşəbbüsü artıq hər üç ğölkə dəstəkləyib”, – nazir deyib.
Bu formatda sonuncu üçtərəfli görüş 2012-ci ilin iyununda Türkiyənin Trabzon şəhərində keçirilib.