Azərbaycan Səhiyyə Nazirliyi televiziya şirkətlərinə müraciət edib

Azərbaycan Səhiyyə Nazirliyi ölkədə fəaliyyət göstərən televiziya şirkətlərinə və müvafiq qurumlara dəmanlarn reklamı ilə bağlı müraciət edib. Trend-in məlumatına görə, Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev cümə axşamı jurnaistlərə bildirib ki, “Reklam haqqında” və “Əczaçılıq fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara əsasən, reseptsiz buraxılan dərman preparatlarının reklamı yalnız Səhiyyə Nazilriyinin icazəsi ilə həyata keçriilə bilər.

“Ancaq bu sahədə nöqsanlar var. Səhiyyə Nazirliyi olaraq, müvafiq qurumlara, televiziya şirkətlərinə müraciət edərək bildirik, bu qurumun icazəsi olmadan belə reklamlar həyata keçirilməsin. Eyni zamanda tibb müəssisələri də özünü qanun çərçivəsində reklam edə bilərlər”,-Ağayev deyib.

Onun sözlərinə görə, hazrda “Dərman vasitələri haqqında” qanuna özəl kilinikaların reklamlarına məhdudiyyətin qoyulması ilə bağlı dəyişiklik Milli Məclisin komitə iclasında müzakirə edilir.

“Bəzən tibb müəsisələri Səhiyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin icazəsi olmadan ölkəyə mütəxəssis gətirirlər. Buna yol vermək olmaz. Özəl tibb müəsisələrini dövlət tibb müəsisələrindən heç də fərqləndirmirik. Onlar üçün hər cür şərait yaradılıb. Özəl tibb müəsissələri də dövlət tibb müəsissələri ilə yanaşı inkişaf ediblər. Ancaq onlar da gərək qayda-qanunlara riayət etsinlər. Səhiyyə Nazirliyinin də istəyi budur ki, bu məsələ qanun çərçivəsində həll olunsun”, – Ağayev deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO