Azərbaycan ərazisindən Aralıq dənizi siklonlarının keçməsi ilə hava şəraiti yenidən pisləşəcək

Azərbaycan ərazisindən Aralıq dənizi siklonlarının keçməsi ilə əlaqədar sabahdan hava şəraiti yenidən dəyişəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə verilən məlumata görə, qeyri-sabit hava şəraiti aprelin 24-dək davam edəcək.
Aprelin 20-dən 24-dək Bakıda və Abşeron yarımadasında daha cox tutqun hava şəraitinin müşahidə olunacağı gözlənilir. Paytaxtda da fasilərlə yağış yağacağı proqnozlaşdırılır.
Ötən günlərdə müşahidə olunan hava şəraiti ilə müqayisədə bu dəfə Abşeron yarımadasında küləyin güclənəcəyi gözlənilmir.
Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 8-13 dərəcə isti olacaq.
Qeyd edilən müddətdə respublikanın rayonlarında fasiələrlə yağışlı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı bölgələrdə yağıntıların bir qədər intensiv olacağı ehtimalı var. Yüksək dağlıq ərazilərdə yağıntıların sulu qarla müşahidə olunacağı gözlənilir.
Azərbaycanın Aran rayonlarında havanın temperaturu gündüz saatlarında 10-15, dağlarda 0-5 dərəcə isti olacaq.
Havanın temperaturu da aprelin 17-si və 18-i ilə müqayisədə 2-3 dərəcə yüksək olacaq. Ancaq hazırda havanın temperaturu iqlim normasından 3 dərəcə aşağıdır. Ona görə də aprelin 20-dən 24-dək Abşeron yarımadasında bu günlərə nisbətən mülayim hava şəraiti müşahidə ediləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO