Aprelin 18-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyində «Açıq qapı» günü – vətəndaş forumu keçiriləcək.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq olunmuş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyi tərəfindən «Acıq qapı» günü – vətəndaş forumu keçiriləcək.
«Açıq qapı» günü çərçivəsində ictimaiyyətin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri İqtisadi İnkişaf Nazirliyinin (ünvan: Ü.Hacıbəyov küçəsi,40, Hökumət Evi, VII qapı) fəaliyyəti ilə əyani olaraq tanış ola bilərlər.