Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) sədr müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev martın 25-dən 28-dək Moldovanın paytaxtı Kişinyovda səfərdə olacaq.
Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, deputatımız QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin 40-cı iclasında iştirak edəcək. İclasda “QDİƏT-ə üzv ölkələrin universitetləri arasında diplomdan sonrakı təhsil səviyyəsində əməkdaşlığın üstünlüyü və perspektivləri” mövzusunda məruzə və müvafiq qətnamə layihəsi təqdim olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Asəf Hacıyev ölkəmizin mövqeyindən çıxış edərək məsələlərə münasibət bildirəcək.