Azərbaycan Prezidenti Monteneqro parlamentinin sədri ilə görüşüb

Martın 12-də Monteneqroya rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev “Villa Qoritsa” Dövlət İqamətgahında parlamentin sədri Ranko Krivokapiç ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Bu səfərin Azərbaycan ilə Monteneqro arasında gələcək əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulandı. Parlamentlərarası əlaqələrin, həmçinin dostluq qruplarının ikitərəfli münasibətlərin inkişafındakı rolu qeyd edildi.

Həmçinin, görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı üçün yaxşı imkanların olduğu bildirildi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO