Azərbaycan Prezidenti İlham Əliyevin Zaqrebdə rəsmi qarşılanma mərasimi olub


Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 11-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Prezident Sarayının qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya Prezidenti İvo Yosipoviç Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Hərbi orkestrin ifasında Azərbaycanın və Xorvatiyanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya əsgərlərini salamladı. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Xorvatiyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Xorvatiya Prezidenti İvo Yosipoviçə təqdim olundu.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO