Azərbaycan Prezidenti İlham Əliyev Twitter mikrobloqunda qadınları təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev Twitter sosial şəbəkəsinin rəsmi mikrobloqunda 8 mart- Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib.

“Hörmətli xanımlar! Əziz analar və bacılar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram. Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə qoruyub saxlamışdır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Bayramınız mübarək olsun!” İlham Əliyev təbrikində deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO