Azərbaycan Prezidenti “Kommersiya sirri haqqında” qanuna dəyişiklikləri təsdiq edib.

Azərbaycan Prezidenti İlham Əliyev “Kommersiya sirri haqqında” qanuna dəyişiklikləri təsdiq edib.
Trend-in məlumatına görə, Azərbaycanda kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar konfedensial saxlanılacaq.

Qanunda qeyd olunur ki, həmin məlumatlar qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanlarına, qanunun müəyyən etdiyi hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunla müəyyən olunmuş hallarda və qaydada maliyyə monitorinqi orqanlarına verilə bilər.

Həmçinin məcburi icra orqanlarına, vəkilə, həmin kommersiya hüquqi şəxsin digər təsisçilərinə və iştirakçılarına, barəsində dövlət reyestrindən məlumatların verilməsi tələb olunan şəxsin razılığı ilə üçüncü şəxslərə də bu məlumatların açıqlanmasına icazə veriləcək.

Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO