Azərbaycan Parlamentinin komitəsində “Diffamasiya haqqında” qanun layihəsinin müzakirələri gələn həftədən başlaya bilər

Azərbaycan Parlamentinin komitəsində “Diffamasiya haqqında” qanun layihəsinin müzakirələri gələn həftədən başlaya bilər.”Amma komitəmizə iki layihə təqdim olunub. Bu layihələrlə bağlı müzakirələr aparıb mükəımməl bir sənəd hazırlamaq olar”, – Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Trend News-a bildirib. Cəfərovun sözlərinə görə, “Diffamasiya haqqında” qanun layihəsinin qəbulunun vaxtı çatıb.

“Diffamasiya haqqında” qanun layihəsinin qəbulu ilə bağlı bu ilin mayında 6 jurnalist təşkilatı – Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası Parlamentə müracitə etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

Onun fikrincə, bu məsələ ilə bağlı təkcə komitə səviyyəsində aparılan müzakirələrlə kifayətlənmək olmaz. “Məncə, ictimai səviyyədə də daha ətraflı müzakirələrə ehtiyac var. Layihənin parlamentdə qəbulundan sonra burada nəzərdə tutulan müddəaların həyata keçirilməsi mexanizmlərinin müəyyənləşdirilməsi əsas şərtlərdən biridir”, – Cəfərov vurğulayıb.

Komitə sədri deyib ki, layihələri yalnız ətraflı müzakirə etməklə mükəmməl səviyyəyə çatdırmaq olar. “Hətta komitənin diffamasiya ilə bağlı üçüncü bir layihə hazırlayacağını da istisna etmirəm”, – millət vəkili xatırladıb. Cəfərov komitədə müzakirələrə layihəni hazırlayan və bu qanunun qəbulunda maraqlı olan beynəlxalq təşkilatların nümayəndələrinin də dəvət olunacağını bildirib.

Azərbaycanda dörd minə yaxın kütləvi infîrmàsiyà vàsitəsi qåydiyyàtdàn kåçib. Hàzırdà înlàrdàn 600-ə yàõını fəaliyyət göstərir. Təõminən 400-ə qədər qəzåt və jurnàl dərc îlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəàliyyət göstərir. Àzərbàycàndà 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vàr. Qalanları isə internet resurslarıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO