Azərbaycan Parlamentində “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər və əlavələr qəbul olunub

Azərbaycan Parlamentində “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər və əlavələr qəbul olunub. “Qanunun 7-ci maddəsinə edilən əlavəyə görə, kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi isə 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-ci ilin yanvarın 1-dək hər il altı ay artırılacaq”, – Trend News-un məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Rəcəblinin sözlərinə görə, çoxuşaqlı anaların, sağlamlıq imkanları məhdud olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyasında dəyişiklik ediləcək. Sağlamlıq imkanları məhdud uşağı səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu qanunun 7-ci maddəsinə uyğun olaraq əmək pensiyası hüququ müəyyən olunub.

Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda, bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Qanuna edilən dəyişikliyə görə, bundan sonra 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda onların yaşa görə əmək pensiyası hüququ olacaq. Digər dəyişiklik çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası ilə bağlıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO