Azərbaycan Parlamentində Dil komissiyasının yaradılması təklif olunub

“Belə bir struktur olmadığına görə, Azərbaycanda qəbul olunan qanunların dili bərbad vəziyyətdədir. Təəssüf ki, hələ də belə bir komissiya yaradılmayıb. Onun yaradılmamasının səbəbi ictimaiyyətin də bu məsələyə maraq göstərməməsidir”, – Rüstəmxanlı əlavə edib.
O, qeyd edib ki, Azərbaycanda “Dövlət dili haqqında” qanun mövcud olsa da, gündəlik həyatda bu qanun pozulur.
Tədbirdə məruzəçi qismində çıxış edən ekspert Əlövsət Əliyev deyib ki, 1956-cı ildə Azərbaycan SSR-in Konstitusiyasına edilən dəyişiklik nəticəsində Azərbaycan dili ilk dəfə olaraq dövlət dili elan edilib. O, təklif edib ki, həmin gün Azərbaycanda dil günü kimi qeyd olunsun.
“Azərbaycanın “Dövlət dili haqqında” qanununda qeyd olunub ki, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərməlidir”, – Əliyev bildirib. Onun sözlərinə görə, xarici ölkələrdə yaşayan diaspor üzvlərinə dövlətin hesabına, təmənnasız olaraq Azərbaycan dilinin öyrədilməsi həyata keçirilməlidir.
“Bütün qonşu ölkələrdə bu təcrübə var. Ölkədən kənarda yaşayan ermənilər öz dillərini Ermənistanda yaşayan ermənilərdən daha yaxşı bilirlər”, – Əliyev deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO