Azərbaycan Parlamenti məişət zorakılıqları ilə bağlı qanunun qəbuluna ehtiyac olduğunu düşünür

Azərbaycan Parlamentinin komitə sədrinin müavini məişət zorakılıqları ilə bağlı qanun layihəsinin qəbuluna ehtiyac olduğunu düşünür. “Ölkədə son illər ailədaxili zorakılıqların sayı, bununla bağlı cinayət hadisələrinin sayı qismən çoxaldığından problemin həlli qanunla tənzim olunmalıdır”, – cümə axşamı Trend News-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Trend News-un arayışı: Bu il martın 31-də Milli Məclisdə Avropa Şurasının “Qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” kampaniyasına həsr edilmiş parlament dinləmələri keçirilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkil etdiyi “Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri” mövzusundakı dinləmələrdə millət vəkilləri, yerli və beynəlxalq ekspertlər iştirak edib.

Quliyevin sözlərinə görə, il yarım əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sosial siyasət komitəsinə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi təqdim edib. “Komitədə müzakirələrdən sonra layihə geri qaytarılıb. Səbəb isə layihədə nəzərdə tutulan bir çox müddəaların Azərbaycan reallıqları ilə üst-üstə düşməməsi olub”, – millət vəkili əlavə edib.

Komitə sədrinin müavini deyib ki, həmin layihə parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi tərəfindən də qəbul edilməyib. Millət vəkili yeni layihənin yenidən nə vaxt hazırlanacağı haqda isə məlumatsız olduğunu qeyd edib. “Buna baxmayaraq, yaxın müddətdə mütləq belə bir qanun layihəsinin müzakirəyə çıxarılmasına ehtiyac var”, – komitə sədrinin müavini deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO