Azərbaycan Ordusunun minaya düşən əsgərlərinin ikisinin vəziyyəti ağırdır

Azərbaycan Silahlı Qüvvələrinin üç hərbçisi minaya düşüb. Trend News-un məlumatına görə, bu gün səhər saatlarında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus avtomobil Ağcabədi rayonunun Minaxorlu kəndi ərazisində tank əleyhinə minaya düşüb.

Partlayış zamanı əsgərlər – ötən il Gədəbəy hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılmış 20 yaşlı Nemət Məmmədov, Şirvan şəhər hərbi komissarlığından hərbi xidmətə çağrılmış 20 yaşlı Sadiq Atayev və İsmayıllı rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmış 20 yaşlı Nurlan Rəhimov yaralanıblar. Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu fakti təsdiqləyib, lakin əlavə heç bir məlumat verməyib. Trend News-un bölgə müxbirinin məlumatına görə, xəsarət alan əsgərlər Sarıcalıdakı hərbi hospitala aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO