Azərbaycan Ombudsmanı: “Gələn il “Diffamasiya haqqında ” qanun layihəsinin qəbul olunacağı gözlənilir”

Gələn il Azərbaycanda “Diffamasiya haqqında” qanun layihəsinin qəbul olunacağı gözlənilir. APA-nın xəbərinə görə, bunu Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquqlarının inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda bildirib. Onun sözlərinə görə, Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbuluna böyük ehtiyac var: “Artıq bu qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Bunun 2013-cü ildə Milli Məclisin gündəliyinə çıxarılması və qəbulu tövsiyə olunub. Hazırda Azərbaycanda kütləvi informasiya vasitələrində şərəf və ləyaqətin təhqirinə görə cinayət işinin açılması nəzərdə tutulduğundan belə bir qanunun qəbulu labüddür. Bu qanun qəbulundan sonra ölkədə jurnalistlərə şərəf və ləyaqətin təhqirinə görə cinayət işinin açılması deyil, müəyyən cərimələrin tətbiq olunması nəzərdə tutulur. Mən “Diffamasiya haqqında” qanun layihəsinin qəbulunun tərəfdarıyam. Şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, o cümlədən, fikir və söz azadlığına hörmət və eləcə də, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması demokratik dəyərləri özündə cəm edən hər bir dövlətin ümdə vəzifələrindən sayılır”.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO