Azərbaycan ilə Rusiya arasında həmkarlar ittifaqları sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan ilə Rusiya arasında həmkarlar ittifaqları sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb 11 bənddən ibarət sənədi Azərbaycan tərəfindən Konfederasiyanın sədri Səttar Mehbalıyev, Rusiya tərəfindən isə Federasiyanın prezidenti Mixail Şmakov imzalayıb.

S.Mehbalıyev sənəd barədə məlumat verərək bildirib ki, iki təşkilat arasında əməkdaşlıq müqaviləsi ilk dəfə 1995-ci ildə bağlanılıb. Bu gün isə həmin müqavilə yenilənmiş, bəndlər günün müasir tələblərinə uyğun hazırlanıb. Sənəddə miqrasiya proseslərinin vacibliyi nəzərə alınıb. Miqrantların hüquqları sahəsində iş aparılır. Belə ki, Azərbaycandan olan miqrantların haqlarının qorunması yollarının konkretləşdirilməsi, bu işdə həmkarlar ittifaqının iştirakının təmin edilməsi məqsədi ilə AHİK 2011-ci ilin martında Rusiyanın Sverdlovsk vilayətinin Həmkarlar İttifaqı Federasiyası ilə ikitərəfli müqavilə bağlayıb. Müqaviləyə əsasən, Sverdlovskda yaşayan 60 min azərbaycanlının işçi hüquqları konkretləşdirilib, onların yerli həmkarlar orqanına seçmə və seçilmə hüququ nəzərdə tutulub.

Yeni müqavilədə muzdlu əməyin sosial-iqtisadi hüquq və maraqlarının qorunması, həmkarlar ittifaqı strukturlarının təkmilləşdirilməsi, tədris mərkəzlərinin qarşılıqlı əlaqələri yönündə təcrübə mübadiləsi də öz əksini tapıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO