Azərbaycan ilə Avropa İttifaqı arasında Brüsseldə keçirilmiş assosiasiya sazişi üzrə plenar sessiyada müxtəlif sahələrdə irəliləyiş əldə olunub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.
Onun sözlərinə görə, xüsusən də hüquq məsələləri üzrə irəliləyiş əldə olunub.
Kobia qeyd edib ki, bu danışıqlar Vilnüs sammitinə qədər başa çatacaq.
“Biz iqtisadi sahədə də müəyyən irəliləyiş əldə etmişik və bəzi məsələlər artıq bağlanıb”, – Kobia deyib.
O, vurğulayıb ki, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə danışıqlar davam edir.