Azərbaycan hərbçiləri alman kəşfiyyatılarının təlimində iştirak edəcəklər.
Bu barədə Trend-ə Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu məlumat verib.
Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən aprelin 22-26-ı tarixlərində Azərbaycan hərbçiləri Almaniya Federativ Respublikasının Quru Qoşunlarının kəşfiyyat taburunda keçirilən təlimdə müşahidəçi qismində iştirak edəcəklər.
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində, Fərdi Tərəfdaşlıq Proqramı əsasında keçiriləcək təlim Almaniyanın Hannover şəhərində təşkil olunacaq.