Azərbaycan dövlət başçısı AŞPA prezidentini qəbul edib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirən M. Çavuşoğlu Forumun çox önəmli olduğunu və bu cür tədbirlərin AŞ ilə əməkdaşlıq məsələlərinə böyük dəstək verdiyini vurğulayıb.

Öz növbəsində, prezident İ. Əliyev AŞPA prezidenti M. Çavuşoğlunun Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakının önəmini vurğulayıb. Bu cür beynəlxalq tədbirlərin ardıcıl keçirilməsinin vacibliyini bildirən dövlət başçısı Forumun həm bölgə, həm də Avropa və dünya üçün əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycanla AŞPA arasında uğurlu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO