Azərbaycan bölgələrində regional hüquqi məsləhət xidmət mərkəzləri fəaliyyətə başlayacaq

Azərbaycanın bölgələrində əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərilməsi və onların maarifləndirilməsi məqsədilə regional hüquqi məsləhət xidmətləri mərkəzləri fəaliyyətə başlayacaq. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, fəaliyyətə başlayacaq 20 hüquqi məsləhət mərkəzində işləmək üçün ölkənin Sumqayıt, Gəncə və Şirvan şəhərlərində, o cümlədən Goranboy, Ağstafa, Gədəbəy, Yevlax, Beyləqan, Şəki, Göyçay, Qəbələ, Qusar, Siyəzən, Şamaxı, İmişli, Salyan, Lerik, Masallı, həmçinin Naxçıvan Muxtar Respublikasının inzibati ərazisinə daxil olan rayonlarında yerli hüquqşünaslar arasında seçim aparılır. Həmin mərkəzlərdə işləmək istəyən hüquqşünaslar işə dəvət olunur. Əlavə məlumatlarla isə Ədliyyə Nazirliyinin rəsmi internet saytında tanış olmaq olar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO