Azərbaycan – Avropa İttifaqı münasibətlərinin perspektivləri müzakirə olunub

Bu barədə XİN-in mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilir. Görüş zamanı Azərbaycan – Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının intensivləşdiyini qeyd edən tərəflər bu xüsusda “Şərq tərəfdaşlığı” proqramının əhəmiyyətini vurğulayıblar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamış qaldığını deyən Məmmədyarov münaqişənin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verib, Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası və doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtmasının regionda sülh və sabitliyin təmin olunması üçün başlıca şərt olduğunu qeyd edib.

Layçak görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümidvar olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO