“Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində” adlı kitabın İsmayıllı rayonunda təqdimatı

“Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində” adlı kitabın İsmayıllı rayonunda təqdimatı
“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyi “Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi” adlı layihəsi ilə Azərbaycan Res¬publikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ildə keçirilən 2-ci qrant müsabiqəsinin qalibi olmuşdur.
Bu layihənin çərçivəsində “Azərbay¬can¬lı qaçqın və məcburi köçkünlərin prob¬lem¬ləri beynəlxalq təşkilatlar müstə¬vi¬sin¬də” adlı kitab nəşr olunmuşdur. Kitab müasir beynəlxalq hüquqda və müstəqil Azərbaycan Respublikasının hüququnda qaçqınların və məcburi köçkünlərin hüquqları institutunun formalaşması və inkişafı, bu sahədə normativ bazanın inkişaf etdirilməsi və təkmilləşdirilməsinin araşdırılmasına həsr edilmişdir. Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemləri ətraflı şəkildə təhlil edilmişdir. Kitabın müəllifləri Rüstəm Məm¬mə¬dov, Sima Süleymanlı və Xətai Abbasovdur.
Burada qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyətinin struktur elementləri arasında münasibətləri, bütövlükdə onların hüquqi statusunu tənzimləyən normativ-hüquqi aktların yeni mas-sivinin yaradılması məsələsi xüsusi yer tutur.
Kitabda beynəlxalq təcrübədə və Azərbaycan Respublikasında qaçqınların və məcburi köç-künlərin hüquqi statusunun hüquqi tənzimlənməsinin ən mühüm aspektləri nəzərdən keçirilir. Bu¬rada məcburi miqrantların hüquqi statusunun təsbiti və realizəsi ilə bağlı həm ümumnəzəri mə¬sə¬lələr, həm də dövlət hakimiyyəti orqanlarının əməli addımları araşdırılır. Əsərdə tədqiqat predmetini qaç¬qınların və məcburi köçkünlərin problemlərinin həllində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasınn Prezidenti İlham Əliyevin rolu göstərilmişdir.
15 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezident Administrasiyasının və İsmayıllı rayon icra hakimiyyətinin köməkliyi ilə 30 saylı Ağdam Rayon Məktəbində İsmayıllı rayonunda məskunlaşan qaçqın və məcburi köçkünlər üçün “Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyinin tədbiri keçirildi. Tədbir zamanı layihə çərçivəsində nəşr olunan “Azərbay¬can¬lı qaçqın və məcburi köçkünlərin prob¬lem¬ləri beynəlxalq təşkilatlar müstə¬vi¬sin-də” adlı kitab haqqında məlumat verilmişdir. Tədbirdə müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, Qaçkınkomun rayon nümayəndəsi Tahir Əliyev, 30 saylı Ağdam Rayon Məktəbinin direktoru Namazov Zahid, İsmayıllı ra¬yon məktəblərinin direktorları və müəllimləri, mədəniyyət orqanlarının işçiləri, tibb bacıları, kənd sakinləri, qaçqınlar, məcburi köçkünlər və s. iştirak et¬miş¬dilər.
Tədbiri giriş sözü ilə Xətai Abbasov açmış, “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İB-nin prezidenti, professor Rüstəm Məmmədov kitabın məziyyətləri haqqında ətraflı məlumat vermişdir.
Tədbirin iştirakçılarına kitab paylanaraq Azərbaycan Respub¬lika¬sının qaçqınlarının və məc¬bu¬ri köçkünlərinin problemi Respublika daxilində və beynəlxalq aləmdə məsələsi müzakirə olunmuşdur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO