Azərbaycanın bütün təhsil müəssisələrində şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək

Təhsil naziri Mikayıl Cabbarov “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə” əmr imzalayıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən məlumat verir ki, əmrə əsasən, 20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə əlaqədar nazirliyin tədbirlər planı təsdiq olunub. Tədbirlər planına müvafiq olaraq, 6-20 yanvar tarixlərində ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO