Azərbaycana gətirilən ərzaq məhsullarında genetik modifikasiya olunmuş orqanizmlərdən istifadə olunmaması qanunvericiliklə tənzimlənəcək

Azərbaycana gətirilən ərzaq məhsullarında genetik modifikasiya olunmuş orqanizmlərdən istifadə olunmamalıdır. Trend-in məlumatına görə, bu barədə dəyişikliklər Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanunda göstərilib ki, Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən “istifadə edilməməsi haqqında məlumat” göstərilməlidir.

Qanun layihəsi barədə məlumat verən komitə sədri Eldar İbrahimov deyib ki, qüvvədə olan maddəyə əsasən ölkəmizə idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən “istifadə haqqında məlumatlar” göstərilməli idi.

Onun sözlərinə görə, qanuna edilən mövcud dəyişiklik əhalinin sağlamlığının qorunmasını təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, dövriyyəsi və idxalı ilə bağlı məsələlər daha da ciddiləşdirəcək.

E.İbrahimov onu da əlavə edib ki, statiskaya nəzər salsaq görərik ki, son illər ərzində insanların çörəyə tələbatı azalıb, yəni insanlar çörəkdən daha az istifadə edirlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO