Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistanın Xarici işlər naziri Eduard Nalbəndyan ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilmiş və prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə edilmişdir.