Azərbaycan və Ermənistan xarici işlər nazirləri prezidentlərin Paris görüşünə hazırlığı müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistanın Xarici işlər naziri Eduard Nalbəndyan ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilmiş və prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə edilmişdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO