Azərbaycan hərbiçiləri Türkiyədəki beynəlxalq hərbi təlimin planlaşdırmasında iştirak edəcəklər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yanvar ayının 12-dən 14-dək Türkiyənin Konya şəhərində “IŞIK-2015” hərbi təliminin əsas planlaşdırma konfransı keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, “IŞIK” təlimlərində Türkiyə ilə yanaşı bir sıra ölkələrin hərbi hava qüvvələrinin hərbi təyyarə və kelikopterləri iştirak edir. Azərbaycan hərbçiləri isə təlimlərdə əsasən müşahidəçi qismində iştirak edirlər.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO