Azərbaycan ABŞ-a aviareyslərin sayını artıra bilər

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişin axını artdıqca ABŞ-a aviareyslərin sayını artıra bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə AZAL-ın sədr müavini Sabir İlyasov deyib.

Onun sözlərinə əsasən, AZAL bu gündən etibarən Nyu-Yorka reyslərin həyata keçirilməsinə başlayıb. Aviareyslər ABŞ- hələlik həftədə iki dəfə həyata keçiriləcək, lakin qış qrafikinə keçid zamanı reyslərin sayı həftədə üç dəfəyədək artırılacaq.

AZAL-ın sədr müavini qeyd edib ki, sərnişin axını artdıqca bu istiqamət üzrə uçuşların sayı artırıla bilər. Həmçinin, ABŞ-a sərnişin axınının artımını təmin etmək, ölkənin regionlarından Bakıya, sonra isə təyinat nöqtəsi ABŞ-a sərnişinləri çatdırmağı təmin etmək üçün regional aeroportlar ilə işlər aparılır.

Uzaq məsafələrə yeni reyslərin açılması məsələsinə gəlincə, S.İlyasov deyib ki, hazırda cənub-şərqi Asiya ölkələrinə uçuş imkanları öyrənilir.

Onun sözlərinə əsasən, Bakı 2015 ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar AZAL birbaşa aviareyslər həyata keçirdiyi Avropa ölkələrinə uçuşları genişləndirməyi planlaşdırır: “AZAL ilk Avropa Oyunları dövründə daşımaların təmin edilməsi üzrə işə digər aviaşirkətləri də cəlb etməyi planlaşdırır. Məqsəd uyğunlaşdırılmış reysləri təşkil etməkdir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO