Avropa Şurası Konqresinin sədri Azərbaycana səfər edəcək

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Yan Mikallef martın 18-də konstitusiya ilə bağlı keçirilən seçkilərdən sonra ölkədə demokratiyanın vəziyyətini qiymətləndirmək üçün Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Avropa Şurasının rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Mikallef Milli Məclisin spikeri Oqtay Əsədov, Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyev, xarici işlər naziri Elmar Məmmədyarov, ədliyyə naziri Fikrət Məmmədov, həmçinin Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) və Konqresdəki nümayəndə heyətinin üzvləri ilə görüşəcək.

O, həmçinin müxalifət partiyalarının nümayəndələri ilə də fikir mübadiləsi aparacaq. Eyni zamanda qeyri-hökumət təşkilatları, KİV və Bakının diplomatik cəmiyyətinin nümayəndələri ilə də müzakirələrin aparılması planlaşdırılır. Yan Mikallef Konqres Bürosunun sentyabrın 21-də Strasbuqrda keçiriləcək iclasında öz səfərinin nəticələri barədə məruzə edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO