Avropa Məhkəməsinin icraatında 97 min 300 iş var

Avropa İnsan Hüquqları Məhkəməsi ilik fəaliyyəti ilə bağlı hesabat açıqlayıb.
Hüquq Maarifçiliyi Cəmiyyətinin İnformasiya Xidmətindən APA-ya verilən məlumata görə, hesabatda Avropa İnsan Hüquqları Konvensiyası sisteminin inkişafı, Avropa İnsan Hüquqları Məhkəməsinin tərkibi haqqında məlumatlar əks olunub. Həmçinin Hesabatda Məhkəmə sədrinin və BMT-in İnsan Hüquqları Üzrə Ali Komissarının məhkəmə ilinin açılışı mövzusunda çıxışları da yer alıb. Bundan əlavə, Hesabata Məhkəmədə keçirilən görüşlər, nəşrlər, yuxarı palatanın və seksiyaların fəaliyyəti haqqında məlumatlar daxil edilib. Statistika bölməsində verilən məlumata əsasən indiyə qədər hazırda məhkəmənin icraatında 97.300 iş var. Bunların 50%-dən çoxu 4 ölkəyə – Rusiya, Türkiyə, Rumıniya və Ukraynaya qarşı verilən şikayətlərlə bağlıdır. Avropa Məhkəməsi 1998-ci ilə qədər (Avropa İnsan Hüquqları Komissiyasının fəaliyyət göstərdiyi dövr) ümumilikdə 45.000 şikayətə baxıb, halbuki, təkcə 2008-ci il ərzində məhkəmə təqribən 50.000 işə baxıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO