Avropa Məhkəməsi Azərbaycana qarşı daha iki qərar qəbul edib

İnsan hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycana qarşı daha iki qərar qəbul edib. Azərbaycan hökumətinin Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov cümə axşamı Trend News-a bildirib ki, Təbiəti Mühafizə İctimai Birliyinin və Rahib Maksimovun Azərbaycana qarşı şikayətləri üzrə qərarlar qəbul olunub. Qərarlar oktyabrın 8-də elan olunacaq.

Təbiəti Mühafizə İctimai Birliyi məhkəmə tərəfindən ləğv olunub. Birlik məhkəmənin bu barədə qərarından narazıdır. Rahib Maksimov isə şikayətinə Ali Məhkəmədə kassasiya qaydasında baxılarkən iştirakının təmin olunmamasına görə Avropa Məhkəməsinə müraciət edib.

Hər iki şikayət Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnun (6-cı maddə) pozulması ilə bağlıdır. Əsgərov bildirib ki, hazırda Azərbaycan dövləti ilə Avropa Məhkəməsi arasında 60 şikayət üzrə kommunikasiya aparılır. Avropa Məhkəməsi Azərbaycana qarşı indiyədək 18 qərar qəbul edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO